[b]Çexiya Azərbaycanla görüşə 19 futbolçu çağırdı[/b]
27.09.2016 - 13:24
[b]Çexiya Azərbaycanla görüşə 19 futbolçu çağırdı[/b]

Çexiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqibi oktyabrda keçiriləcək 2 matça dəvət alan futbolçuların siyahısını müəyyənləşdirib.

 

Yığmanın baş məşqçisi Karel Yarolim heyəti bu gün keçirilən mətbuat konfransında açıqlayıb. Onlar oktyabrın 8-də Almaniya, 11-də Azərbaycanla seçmə oyunlarına 19 futbolçu çağırıb. Mütəxəssis sonradan bu heyətə əlavələrin mümkünlüyünü də istisna etməyib.

 

Qapıçılar: Tomaş Vaçlik (“Bazel”, İsveçrə), Tomaş Kubek (“Slovan”), Yaroslav Drobnı (“Verder”, Almaniya);

 

Müdafiəçilər: Tomaş Sivok (“Bursaspor”, Türkiyə), Teodor Gebre Selasse (“Verder”, Almaniya), Marek Suşi (“Bazel”, İsveçrə), Pavel Kaderabek (“Hoffenhaym”, Almaniya), Filip Novak (“Midtyulland”, Danimarka);

 

Yarımmüdafiəçilər: Borek Dokal, Martin Fridek (hər ikisi “Sparta”), Ladislav Kreyçi (“Bolonya”, İtaliya), Yiri Skalak (“Brayton”, İngiltərə), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Tomaş Horava, Milan Petrjela  (hər  ikisi“Viktoriya”), Yan Sikora (“Slovan”);

 

Hücumçular: Matey Vidra (“Derbi”, İngiltərə), Patrik Şik (“Sampdoriya”, İtaliya), Vatslav Kadlets (“Sparta”).

 

Karel Yarolim həmçinin B siyahısını da açıqlayıb. O ehtiyat heyət kimi 15 futbolçunun adını vurğulayıb. Almaniya və Azərbaycanla oyunlar öncəsi məhz B siyahısından bir neçə oyunçunun əsas yığmaya qoşulması gözlənilir.

 

B siyahısında aşağıdakı futbolçular yer alır:

Qapıçı: Yiri Pavlenka (“Slaviya”)

Müdafiəçilər: Yakub Brabeç, Mixal Kadleç (hər ikisi “Sparta”), Vladimir Kufal, Lukaş Pokornı (hər ikisi “Slovan”), Tomaş Hayek, Yakub Yuqaş (hər ikisi “Fastav”), Lukaş Heyda (“Viktoriya”), Daniel Pudil (“Şeffild Venzdi”, İngiltərə)

Yarımmüdafiəçilər: Yan Kopiç, Martin Zeman (hər ikisi “Viktoriya”), Petr Mareş (“Mlada”)

Hücumçular: Yan Kramosta (“Mlada”), Milan Şkoda (“Slaviya”), Tomaş Netsid (“Bursaspor”, Türkiyə).