[b]Çexiya bu gün gəlir[/b]
03.10.2017 - 10:28
[b]Çexiya bu gün gəlir[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Çexiya yığmasının Bakı proqramı müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda bu gün səfər çıxacaq.

 

Dünən texniki-taktiki hazırlıq üzərində çalışan baş məşqçi Karel Yarolimin kollektivi günün ikinci yarısında Azərbaycana yola düşəcək. Komanda sabah oyunöncəsi son məşqini qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionunda keçəcək.

 

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq Azərbaycan – Çexiya görüşü saat 20:00-da başlayacaq.