[b]Çexiya kubokunun və Super kubokunun qalibi universal futbolçu[/b]
08.01.2017 - 16:26
[b]Çexiya kubokunun və Super kubokunun qalibi universal futbolçu[/b]

Dövrələrarası hazırlığı Antalyada keçən “Neftçi” heyətini gücləndirmək üçün də fəaliyyət göstərir. Apapsport.az saytının məlumatına görə, bu gün daha bir oyunçu “ağ-qaralar”la müqaviləyə imza atıb.

 

Belə ki, çexiyalı oyunçu Pavel Dreksa qarşıdakı bir ildə paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

 

Müqavilə ilə “Siqma”ya məxsus olsa da, icarə qaydasında “Usti nad Labem”, “Banik” və “Znoymo”nun heyətində oynamış Dreksa 185 sm boya malikdi.

 

Sonuncu klubu Çexiyanın “Karvina” komandası olan Pavel mərkəz müdafiəçisidir. 27 yaşlı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edə bilir.

 

Bu mövsüm Çexiya 1-ci liqasında 12 oyunda meydana çıxan müdafiəçi iki dəfə rəqib qapıçıları məyus etməyə nail olub. O, “Siqma”nın heyətində çıxış edərkən 2011/12 mövsümündə Çexiya kubokunu və Super Kubokunu da qazanıb.