Çexiya millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan yığmasının DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqibinin 2 futbolçusu sıradan çıxıb.
Oktyabrın 8-də Almaniyanın qonağı olacaq və bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək çexlərdə qapıçı Yaroslav Drobnı və yarımmüdafiəçi Martin Fridek zədə ucbatından heyətdən uzaqlaşdırılıblar. Baş məşqçi Karel Yarolim Drobnının əvəzinə “Slaviya”nın gənc qolkiperi İrji Pavlenkoya dəvət göndərib. Fridekin yerinə isə hələlik heç kim çağırılmayıb.
Qeyd edək ki, Çexiya – Azərbaycan matçı oktyabrın 11-də Ostravanın “Munisipial” stadionunda keçiriləcək.