[b]Çexiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı[/b]
03.02.2016 - 16:00
[b]Çexiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı[/b]

Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatındakı digər rəqibi də heyətini açıqlayıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimizin D qrupundakı rəqiblərindən olan Çexiya yığmasının 14 nəfərlik yekun siyahısı məlumdu.

 

Qitə birinciliyinin ilk görüşündə komandamızla qarşılaşacaq çexlərdə baş məşqçi Tomaş Noyman Serbiyaya 2 qapıçı aparmaq qərarına gəlib. Noyman Avropa çempionatında bu futzalçıların xidmətindən yararlanacaq:

Qapıçılar: 12. Libor Gerçak, 16. Andrey Vahala

Müdafiəçilər: 2. David Çupak, 3. Jiri Novotnı, 5. Viteslav Hrubi, 9. Miçal Holi, 13. Mixal Kovaç, 14. Yan Yanovski

Hücumçular: 4. Radim Zaruba, 6. Tomaş Kudelka, 7. Lukaş Reşetar, 8. Matey Slovaçek, 10. Mixal Seidler, 11. Marsel Rodek

 

Qeyd edək ki, çexlər fevralın 5-də millimizlə, 7-də isə İtaliya ilə qarşılaşacaq.