[b]Çexiya yığmasının futbolçusu “Neftçi”də[/b]
08.01.2017 - 15:45
Antalya hazırlığını davam etdirən “Neftçi” daha bir futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, çexiyalı Pavel Dreksa növbəti 1 ildə komandanın formasını geyinəcək.
Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş müdafiəçi buna qədər “Siqma”, “Banik” “Znoymo” və “Karvina” klublarında çıxış edib.
Dreksa klubda 6 nömrəli formanı geyinəcək.
0
0