[b]Çexiyalı “Neftçi”də ilk seçimini etdi[/b]
05.01.2017 - 00:25
"Neftçi"nin yeni transferi Zdenek Folprext bu gün axşam saatlarında komandanın düşərgəsinə qoşulub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi artıq yeni klubunda ilk seçimini edib.
Belə ki, çexiyalı “Neftçi”də hansı nömrə ilə çıxış edəcəyinə qərar verib. O, 8 nömrəli futbolkanı geyinəcək.
Qeyd edək ki, “ağ-qaralar” Folprexti Çexiyanın “Slovan” klubundan icarəyə götürüb.
0
0