[b]Çexiyalılar yığmamızın qələbəsini proqnozlaşdırır[/b]
11.10.2016 - 13:18
[b]Çexiyalılar yığmamızın qələbəsini proqnozlaşdırır[/b]

DÇ-2018-in seçmə mərhələsində bu gün Ostrava şəhərində keçiriləcək Çexiya – Azərbaycan görüşünə yerli medianın marağı böyükdü. Apasport.az saytı xəbər verir ki, bu ölkənin “sport.cz” saytı azarkeşlər arasında sorğu keçirib.

 

Matçla bağlı azarkeşlər arasında keçirilən səsvermədə 13 mindən çox insan rəyini bildirib. Onlar “Kim qalib gələr: Çexiya, yoxsa Azərbaycan?” sualını cavablandırıblar. Təbii ki, əksəriyyət yerli komandanın qələbəsinə inanır. Belə ki, respondentlərin 51 faizi çexlərin qələbəsini proqnozlaşdırır. Maraqlıdı ki, yığmamızın qələbə şansı da yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, 33,8% “Azərbaycan qələbə qazanacaq” cavabını seçib. 15,2% isə hesab edir ki, qarşılaşma heç-heçə nəticələnəcək.

 

Qeyd edək ki, bu gün baş tutacaq Çexiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

0