[b]Çingiz Abdullayev səfərə hazırlaşır[/b]
05.04.2016 - 10:10
[b]Çingiz Abdullayev səfərə hazırlaşır[/b]

Topaz Premyer Liqasının XXVIII turunda gözlənilmədən “Rəvan”a (0:1) məğlub olan “Neftçi” artıq diqqətini “Xəzər Lənkəran”la matça yönəldib. Klubdan apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi cənublularla prinsipial qarşılaşmanın hazırlığına sabahdan başlayacaq.

 

Dünən bərpa xarakterli məşq keçən Vəli Qasımovun kollektivi bu gün istirahət edəcək. Sabahdan tam heyətlə məşqlərə başlayacaq “Neftçi” hazırlığını aprelin 9-dək davam etdirəcək. Həmin gün isə komanda Lənkərana yola düşəcək və son məşqini orda keçəcək.

 

“Neftçi”nin heyətində yeganə itki müdafiəçi Kamal Qurbanovdu. Cəzalı duruma düşən 22 yaşlı futbolçu qarşıdakı görüşü buraxacaq.

 

“Böyük oyun”u izləmək üçün “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev və üzvlərin də matç günü Lənkərana yollanmaları gözlənilir.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aprelin 10-da keçiriləcək.