[b]Çinlilər hakimlərə də göz dikdilər[/b]
28.12.2016 - 13:51
[b]Çinlilər hakimlərə də göz dikdilər[/b]

Son illər ulduz futbolçu transferləri ilə diqqət çəkən çinlilər bununla kifayətlənmək fikrində deyillər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Çin Superliqasının təşkilatçısı bu dəfə hakimlərə göz dikib.

 

Belə ki, təşkilatçılar ingiltərəli hakim Mark Klattenburqu bu ölkəyə dəvət ediblər. Onlar 2016-cı ilin ən yaxşı hakimi seçilən Klattenburqa yerli çempionatda oyunlar idarə etmək təklifi ediblər.

 

Çinlilər hesab edirlər ki, ulduz futbolçuların keçidi hakimlərin də bu ölkədə çalışmaq ehtimalını artırıb.