[b]“Qarabağ”a keçmək ehtimalı artdı[/b]
07.06.2017 - 15:46
[b]“Qarabağ”a keçmək ehtimalı artdı[/b]

“Trapani”nin hücumçusu Nikola Çitronun “Qarabağ”a keçmək ehtimalı artıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı forvard komandasını tərk etməyə hazırlaşır.

 

B seriyasında ötən mövsümü 19-cu pillədə tamamlayaraq, C seriyasına yuvarlanan “Trapani”nin 3 futbolçu ilə yollarını ayıracağı dəqiqləşib. Daha doğrusu, 3 oyunçu C seriyasında oynamaqda maraqlı olmadığından, yeni müqavilə təklifinə yaxın durmayıb. Onların arasında Ağdam təmsilçisinin maraq dairəsində olan Çitro da var. İtaliyalı həmkarlarımız onun B seriyasından da təkliflər aldığını, ancaq “Qarabağ”a keçmək ehtimalının daha yüksək olduğunu vurğulayıblar.

 

Çitronun “Trapani” ilə müqavilə müddəti bu ayın sonuna qədərdi. Bu isə o deməkdi ki, futbolçu iyul ayından etibarən istənilən kluba azad agent statusunda keçə biləcək.

 

Nikola ilə yanaşı, müdafiəçi Paskual Fazio və yarımmüdafiəçi İqor Koronado da “Trapani” ilə vidalaşacaq. Birinci futbolçu “Novara” və “Kremonese”nin, Koronado isə “Bari”nin maraq dairəsindədi.

 

Qeyd edək ki, İtaliya KİV-də “Qarabağ”ın Çitroya 3 illik müqavilə və ümumilikdə 900 min avro məvacib təklif etdiyini yazıb.