[b]Cüdoçumuz suda boğulub öldü[/b]
02.04.2016 - 22:57
Cüdo üzrə milli yığma komandanın üzvü Şəmkirdə suda boğulub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir Olimpiya İdman Kompleksində qeydə alınıb.
Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qasımov Samir Vüqar oğlu məşqdən sonra hovuzda üzərkən boğulub.
Ona dərhal tibi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
0
0