“Qəbələ”nin futbolçusu Baqali Dabo qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, fransalı hücumçu Azərbaycan kubokunun yarımfinal mərhələsinin “İnter”lə cavab oyununda fərqlənib.
Hazırda davam edən matçda (2:0) komandasının 2-ci qolunu vuran hücumçu 6 aydan çox çəkən qolsuzluğunu bitirib. Dabo sonuncu dəfə ötən il oktyabrın 2-də rəqib qapısına yol tapmışdı.
Həmin gün Baqali Premyer Liqanın VII turunda “Qarabağ” üzərində 2:0 hesablı qələbəyə qolla töhfə vermişdi. 185 gündən sonra fərqlənən legioner Azərbaycan kubokunda ilk dəfə qol sevinci yaşayıb.
Qeyd edək ki, Dabo “Qəbələ”nin heyətində çempionatda 7, avrokubokda 3 qol vurduğundan “İnter”lə matçdakı top ümumilikdə 11-ci olub.
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi