[b]Dabo coşdu, ilkə imza atdı[/b]
10.09.2016 - 21:31
“Qəbələ”nin futbolçusu Baqali Dabo ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, fransalı hücumçu Topaz Premyer Liqasında mövsümün ilk het-trikinin müəllifi olub.
O, bunu “Neftçi” ilə IV turun qarşılaşmasında gerçəkləşdirib. Dabo komandasının hazırda 6:0 hesabı ilə qalib gəldiyi oyunda 3 qol vurub. Baqali ilk yarıda 2, fasilədən sonra 1 dəfə fərqlənib. 3-cü qolundan sonra əvəzlənən hücumçu bununla da poker şansını itirib.
Qeyd edək ki, mövsümün əvvəlki 12 oyununda 3 qol vuran futbolçu olmayıb.
0
0