[b]Dadaşov da o siyahıya qoşuldu[/b]
04.09.2017 - 21:33
[b]Dadaşov da o siyahıya qoşuldu[/b]

DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə hazırda davam edən qarşılaşması Azərbaycan millisində növbəti debütlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ikinci hissədə meydana çıxan Renat Dadaşov ilk dəfə milli forma geyinib.

 

Almaniyanın “Ayntraxt” klubunun gənc futbolçusu yığmamızın tarixinə 223-cü futbolçu kimi düşüb. Belə ki, bunadək 231 rəsmi matç keçirən millimizin oyunlarında 222 futbolçumuz meydana çıxmışdı.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən oyunda millimiz 4:1 hesabı ilə qalib gəlir.