[b]Dadaşovun dublu "Ayntraxt"ı qələbəyə daşıdı[/b]
19.08.2017 - 17:55
[b]Dadaşovun dublu "Ayntraxt"ı qələbəyə daşıdı[/b]

Millimizin üzvü Renat Dadaşov "Ayntraxt"ın heyətində dubl edib. Apasport.az saytı xəbər verir ki, o, Frankfurt təmsilçisinin U-19 komandasında fərqlənib.

 

Belə ki, Almaniyanın Gənclər Bundesliqasının Cənub zonasında "Auqsburq"un qonağı olan "Ayntraxt"ın U-19 komandası 3:2 hesablı qələbə qazanıb.

 

Meydana start heyətində çıxan Dadaşov ilk qolunu 45-ci dəqiqədə penaltidən fərqlənməklə vurub. Onun 65-ci dəqiqədə vurduğu qol isə matçda yekun hesabı müəyyənləşdirib.