[b]Daha bir “İnter”li Gürcüstana qayıtdı[/b]
04.07.2016 - 12:31
[b]Daha bir “İnter”li Gürcüstana qayıtdı[/b]

“İnter”dən ayrılan daha bir gürcüstanlı futbolçu özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, qapıçı Georgi Lomayadan sonra müdafiəçi Laşa Kasradze də karyerasını ölkəsində davam etdirəcək.

 

Mövsüm başa çatan kimi, müqavilə müddəti bitdiyi üçün “bankirlər”lə yollarını ayıran Kasradze “Sioni” ilə anlaşıb. Bu barədə Bolnisi təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə 26 yaşlı oyunçunun “Sioni” ilə 1 illik müqavilə imzaladığı yazılıb.

 

Qeyd edək ki, ölkəmizə 2014-cü ildə gələn Laşa Kasradze bir il AZAL-ın, bir il isə “İnter”in formasını geyinib. O, ötən mövsüm Topaz Premyer Liqasında 20 oyunda iştirak edib.