Topaz Premyer Liqasının daha bir komandası Peşəkar Futbol Liqasına (PFL) olan borcu ilə bağlı problemi yoluna qoyub. Apasport.az saytının xəbərinə görə, söhbət AZAL klubundan gedir.
Bu barədə məlumatı əməkdaşımıza “təyyarəçilər”in vitse-prezidenti Fikrət Hüseynov verib.
O bildirib ki, razılıq əldə edilib, tezliklə ödəniş də olunacaq: “Bizim artıq borc problemimiz qalmayıb. PFL-lə ilkin razılıq əldə etmişik. Ödəniş bu gün və ya sabah olacaq. Yəni çempionatın üçüncü dövrəsinə problemsiz başlaya biləcəyik”.
Qeyd edək ki, AFFA “Qarabağ” istisna olmaqla, Topaz Premyer Liqasının digər 9 iştirakçısına borclarını ödəmək üçün yanvarın 29-dək vaxt verib. Həmin müddətə qədər borclar ödənilməsə, komandalar həm yeni transferləri qeydiyyata sala, həm də heyətlərindəki əcnəbi futbolçuların xidmətindən yararlana bilməyəcəklər. AZAL-la yanaşı, “Qəbələ” və “İnter” də PFL-lə məsələni həll edib.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI