[b]Daha iki komanda çempionluq xəyalı ilə rəsmən vidalaşdı![/b]
16.04.2016 - 19:14
[b]Daha iki komanda çempionluq xəyalı ilə rəsmən vidalaşdı![/b]

Daha iki komandanın çempionluq şansı bitib. Apasport.az saytının məlumatına görə, söhbət "İnter" və "Kəpəz"dən gedir.

 

Topaz Premyer Liqasının XXX turunda məhz bu iki klub üz-üzə gəlib və görüş 1:1 hesabı ilə nəticələnib. Lider "Qarabağ"ın "Neftçi"yə səfərdə (2:1) qalib gəlməsi isə turnir cədvəlinin 3-cü və 4-cü pilləsində qərarlaşan "İnter"lə "Kəpəz"in birincilik ümidinin üstündən rəsmən xətt çəkib.

 

Belə ki, 30 turdan sonra "İnter"in aktivində 49, "Kəpəz"də isə 46 xal var. "Qarabağ" bugünkü qələbədən sonra "bankirlər"i 20, gəncəliləri isə 23 xal qabaqlayıb. Sona 6 tur qaldığını nəzərə alsaq, hər iki komandanın artıq Qurban Qurbanovun kollektivinə çatmasının qeyri-mümkün olduğunu görərik.

 

"Zirə" sabah "Xəzər Lənkəran"dan ən azı 1 xal ala bilsə, o zaman "Neftçi"nin ikincilik şansı da bitəcək.

 

Qeyd edək ki, sona 6 tur qalmış yalnız "Zirə" "Qarabağ"ı keçmək şansını qoruyur.