[b]DÇ-2026 üç ölkədə?[/b]
29.12.2016 - 10:43
[b]DÇ-2026 üç ölkədə?[/b]

DÇ-2026-nın final mərhələsi üç ölkədə keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bunu Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (KONKAKF) prezidenti Viktor Montalyani açıqlayıb.

 

O bildirib ki, ABŞ, Kanada və Meksika mundialın birgə təşkili üçün müraciət edəcək. Montalyani iştirakçıların sayının 48-ə qaldırılmasının bir ölkənin təşkilatçılığını mümkünsüzə çevirəcəyindən belə addım atılacağını da vurğulayıb. Qurum başçısı turnirin KONKAKAF zonasında keçiriləcəyinə ümidvar olduğunu da bildirib.

 

Qeyd edək ki, FİFA 2026-cı ildən final mərhələsinin iştirakçı sayını 48-ə yüksəltmək niyyətindədi.