[b]Debütantı taxtdan saldılar[/b]
01.11.2017 - 22:41
[b]Debütantı taxtdan saldılar[/b]

Bu gün futzal üzrə ölkə çempionatının Yüksək Liqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tura əzəli rəqiblərin derbisi ilə start verilib.

 

EKOL “Neftçi” ilə üz-üzə gəlib. Matçın əvvəlində tərəflər hərəyə bir dəfə rəqləniblər. Amma fasiləyə qədər EKOL daha 2 qol vurmaqla oyunun taleyini böyük ölçüdə həll etməyi bacarıb. Çünki bu iki topluq üstünlük yekunda öz əksini tapıb. İkinci hissədə 4 qol vurulsa da, “Neftçi” fərqi azalda bilməyib və əzəli rəqiblərin duelində EKOL qələbə qazanıb.


Günün ikinci oyunu da maraqlı keçib. “FK.İD.Futsal” ilə “Xəmsə” bərabərliyə razılaşıblar.

 

Tura son çempion “Araz”la bu oyuna qədər turnir cədvəlinin zirvəsində yer alan “Marafon Futsal”ın dueli ilə yekun vurulub. 4-cü qələbəsini qazanan “Araz” “Marafon Futsal”ı “taxt”dan salmağı bacarıb. 
 

EKOL – “Neftçi” İK – 5:3 
Qollar:
S. Məstiyev, 6:25, S. Həmzəyev, 11:06, 37:40, F. Atakişiyev, 16:52, N. Məmmədkərimov, 27:20 – D. Xolerdi, 9:46, S. Cavid, 28, M. Eybeli, 38:26
 

“Xəmsə” - “FK.İD.Futsal” – 2:2
Qollar:
Q. İsmayılov, 29, Y. Ağakərimzadə, 30:30 – N. İsmayılov, 25:57, A. Ağayev, 26:53
 

“Araz” – “Marafon Futsal” – 4:2
Qollar:
Q. Bastos, 7:30, 9:23, T. Thaqo, 26:28, 39:44 – R. Sultanov, 3:49, R. Fərzəliyev, 35:20 (avtoqol)