Qış fasiləsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək “Zirə”nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, Antalyanın Side bölgəsində yerləşən “The Sense Deluxe” otelində məskunlaşacaq “debütant” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.
Oyun saat yanvarın 22-də, saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Rumıniya çempionatının güclülər dəstəsində çıxış edən “Tırqu-Mureş” hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır.
Ötən mövsüm isə bu komanda çempionatın gümüş medalını qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edib. Avroliqanın 3-cü mərhələsində Fransanın “Sent-Etyen” klubuna məğlub olan “Tırqu-Mureş” mübarizəni dayandırıb.