[b]Dekabrın ən yaxşısı seçildi[/b]
04.01.2017 - 14:32
[b]Dekabrın ən yaxşısı seçildi[/b]

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az-ın yerli mətbuata istinadən məlumatına görə, azarkeşlər arasında aparılan sorğunun qalibi “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç olub.

 

İsveçli forvard 24 min 92 səslə ötən ayın ən yaxşısı adına layiq görülüb. Onu 17 min 935 səslə “Liverpul”un yarımmüdafiəçisi Adam Lallana izləyib. İlk “üçlüy”ü “Çelsi”nin müdafiəçisi Sezar Azpilikueta (11944 səs) qapayıb. Digər yerləri isə müvafiq olaraq Dele Alli (“Tottenhem”: 5863 səs), Cordan Pikford (“Sanderlend”: 2874) və Dmitri Paye (“Vest Hem”: 1264) tutublar.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç dekabr ayında Premyer Liqada keçirdiyi 6 oyunda 5 qol və 3 assistlə yadda qalıb.