“Barselona”nın yay fasiləsində Dortmund “Borussiya”sından transfer etdiyi Osman Dembelenin müqaviləsinin detalları mətbuata sızıb. Apasport.az saytının xarici KİV-ə istinadən məlumatına görə, 20 yaşlı hücumçunun illik məvacibi müəyyənləşib.
Zədələndiyi üçün 4 aya yaxın yaşıl meydanlardan uzaq qalması gözlənilən fransalı forvard “Barsa”da əvvəlki komandasından təxminən 5 qat artıq maaş alacaq. Belə ki, Bundesliqa təmsilçisində illik maaşı 2,4 milyon avro olan gənc oyunçu İspaniya nəhəngi ilə 12 milyon avroluq anlaşma bağlayıb. Əgər komanda bu mövsüm 3 kubok qazansa, o zaman futbolçu əlavə 3,3 milyon avro mükafat əldə edəcək.
Qeyd edək ki, “Barselona” Osman Dembeleni “Borussiya”dan 105 milyon avroya transfer edib. Futbolçunun performansına görə, dortmundlular daha 42 milyon avro qazana bilərlər.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”