[b]Dəniz Yılmaz “Bursaspor” klubundan qovuldu[/b]
08.05.2017 - 09:25
[b]Dəniz Yılmaz “Bursaspor” klubundan qovuldu[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubu “Bursaspor”da növbəti dəfə komandadan uzaqlaşdırılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb 29 yaşlı futbolçunun qeyri-stabil çıxışı göstərilib.

 

Superliqanın XXX turunda “Çaykur Rizəspor”a böyük hesabla (0:6) məğlub olan “ağ-yaşıllar”da Dəniz “18-liy”ə daxil edilməmişdi. Məlum olub ki, baş məşqçi Adnan Örnəkin raportu əsasında oyunçu qeyri-müəyyən müddətə komandadan qovulub.

 

Bununla Yılmaz cari mövsümdə ikinci dəfə eyni aqibətlə izləşir. Bir müddət əvvəl Sərcan Yıldırımla birlikdə heyətdən kənarlaşdırılan hücumçu 5 gündən sonra bağışlanılmışdı.

 

Qeyd edək ki, bu mövsüm ümumilikdə keçirdiyi 21 matçda 5 qola imza atan Dəniz Yılmazın “Bursaspor”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.