Türkiyə Superliqasında XIX turun ən yaxşı və ən pis “11-liy”i açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, siyahıda Azərbaycan millisinin üzvü də yer alır.
Belə ki, Superliqada futbolçuların performansını müəyyənləşdirən “Opta” “Bursaspor”da çıxış edən yığmamızın hücumçusu Dəniz Yılmazı pislər sırasında göstərib. “Başakşəhər”lə qarşılaşmada 90 dəqiqə meydanda olmasına baxmayaraq, komandasının ən zəiflərindən olan Dəniz uğursuzların heyətində yarımmüdafiə xəttinin sağ cinahında yer alıb. Əvəzində onun komanda yoldaşı Harun Təkin həmin görüşdəki qurtarışlarına görə, turun ən yaxşı qapıçısı adına layiq görülüb.
Qeyd edək ki, “Başakşəhər” – “Bursaspor” oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı