“Bursaspor” Azərbaycan yığmasının futbolçusu Dəniz Yılmazın borcunu ödəyib. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatına açıqlamasında klubun prezidenti Ali Ay xəbər verib.
UEFA “ağ-yaşıllar”ın lisenziya tələbini qəbul etməmişdi. Buna səbəb kimi “Bursaspor”un 3 futbolçu – Dəniz Yılmaz, Tomaş Netsid və Bakaye Traoreyə borclu olması göstərilmişdi. Hər 3 oyunçu şikayət etdiyindən, Avropanın ali futbol qurumu “Bursaspor”a gələn mövsüm avrokuboklarda iştirak üçün lisenziya verməmişdi.
Bu məsələyə toxunan Ali Ay problemi özünün yoluna qoyacağını bildirib. O, 3 futbolçudan ikisinin borcunun artıq ödənildiyini vurğulayıb: “Bütün məsuliyyət mənimdi. Dəniz Yılmaz və Tomaş Netsidlə bağlı öhdəlikləri yerinə yetirdik. Yalnız Bakaye Traorenin 300 min avrosu qalıb. Dostlarımdan həmin borcu ödəməyəcəyimiz halda, hansı vəziyyətlə üzləşəcəyimizi soruşdum. Cavabında UEFA-dan lisenziya almağın problemə çevriləcəyini dedilər. Bu il avrokuboklara getməyəcəyimiz üçün o pulu ödəmədim. Onsuz da, klubda ödəyə biləcəyimiz pul da qalmadı”.
Qeyd edək ki, Dəniz Yılmaz bir müddət əvvəl klubu FİFA-ya şikayət etməklə hədələdiyindən, komandadan uzaqlaşdırılmış və transferə çıxarılmışdı.
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”