[b]Dəniz Yılmaza rəqib axtarılır[/b]
05.01.2017 - 16:08
[b]Dəniz Yılmaza rəqib axtarılır[/b]

Azərbaycan millisinin futbolçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” hücumçu axtarışındadı. Apasport.az saytının məlumatına görə, bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Hamza Hamzaoğlu deyib.

 

Təcrübəli mütəxəssis qış fasiləsində 3-4 futbolçu transfer etməyi planlaşdırdıqlarını söyləyib. Onu ən çox məhz Dəniz Yılmazın çıxış etdiyi hücum xətti narahat edir: “Dövrələrarası fasilədə transfer xatirinə transfer etmək olmaz. Bu səbəbdən diqqətli olmalı, hərtərəfli araşdırmalıyıq. 3 və ya 4 oyunçu alacağıq. Zədəlilərimiz kifayət qədərdi. Daha çox orta sahəyə, müdafiənin cinahına və hücuma oyunçu lazımdı. Xüsusən də, ön xətti gücləndirməliyik. Alacağımız hücumçu cinahlarda da oynamağı bacarmalıdı”.

 

Qeyd edək ki, “Bursaspor” çexiyalı hücumçusu Tomaş Netsidlə bu yaxınlarda yollarını ayırıb.