Növbəti mövsümə hazırlığı davam etdirən bir çox klublar yoldaşlıq oyunlarında da güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, “Bursaspor” da növbəti sınaq matçını keçirib.
Milli komandamızın hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “yaşıl timsahlar” İtaliya təmsilçisi “Südtirol”la qarşılaşıb.
Görüş milli üzvünün komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan Dəniz bir hissə meydanda olub və komandasının ikinci qoluna imza atıb.
Qeyd edək ki, ötən mövsümün gedişində komandadan kənarlaşdırılan Yılmaz yeni baş məşqçi Pol Le Quen tərəfindən əfv edilərək heyətə daxil edilmişdi.
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu