[b]Dəniz Yılmazın klubunda baş məşqçi ilə bağlı qərar verildi[/b]
27.12.2016 - 17:13
[b]Dəniz Yılmazın klubunda baş məşqçi ilə bağlı qərar verildi[/b]

“Bursaspor”un baş məşqçisi Hamza Hamzaoğlunun istefası qəbul edilməyib. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu klub rəsmən bəyan edib.

 

Xəbərdə qeyd edilib ki, Hamzaoğlu şifahi şəkildə istefa versə də, rəhbərlik bunu qəbul etməyib. Klub rəhbərliyi cari mövsümün sonuna qədər komandanın “sükanı arxası”nda məhz onun durmasında qərarlıdı.

 

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz “Bursaspor”da çıxış edir.