[b]Dəniz Yılmazın komandasından asan qələbə[/b]
04.09.2017 - 10:44
Millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubu yoxlama oyunu keçirib. Apasport.az saytı xəbər verir ki, bursalılar “Sakaryaspor”la matçda qüvvələrini sınayıblar.
Oyun Yılmazın komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində yer alan Dəniz fasilədə əvəzlənib.
“Bursaspor”un digər üzvü, U-21 millimizin şərəfini qoruyan Ozancan Kökcü isə meydana çıxmayıb.
0
0