Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” oyununda qeydə alınan heç-heçə Azərbaycan derbisində 30-cu “sülh” olub. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmayadək 29 dəfə bərabərliklə ayrılan komandalar yubiley heç-heçəsi ilə hərəyə 1 xal əldə edib.
Ümumilikdə, rəqiblər indiyədək 67 dəfə çempionat, 19 dəfə kubokda görüşüb. Bu qarşılaşmalardan 30-da qalib müəyyənləşməyibsə, 56 dəfə tərəflərdən biri sevinib.
Ağdam təmsilçisi 33 dəfə daha güclü olub. Paytaxt klubu isə 23 dəfə rəqibini üstələyə bilib.
Derbidə 165 qol qeydə alınıb. “Qarabağ” “Neftçi”nin qapısından 87 top keçiribsə, “ağ-qaralar” 78 dəfə fərqlənib.
Qeyd edək ki, derbi eyni şəhərin komandaları arasında oyunlara deyilsə də, istisna hallarda eyni regionu, rəqiblər zəngin tarixə malik olduqda isə ölkəni də əhatə edir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı