[b]Dibala “Yuventus”la yeni müqavilə bağlayacaq[/b]
05.01.2017 - 16:33
Paulo Dibala “Yuventus”la yeni müqavilə imzalayacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə İtaliya mətbuatına açıqlamasında argentinalı hücumçunun agenti Pyerpaolo Triultsi məlumat verib.
O bildirib ki, müştərisi “qoca sinyora” ilə sözləşməsinin müddətini uzadacaq: “Paolo “Yuventus”da qalacaq. O, klubla müqaviləsini yeniləyəcək. Buna heç bir şübhə yoxdu”.
İndiki məqamda Dibala “Yuventus”da ilinə 2 milyon avro qazanır. Yeni müqaviləyə qol çəkdikdən sonra isə onun gəliri 7 milyona çatacaq.
0
0