Millimizin tarixinə ən uğursuz baş məşqçilərdən biri kimi düşən Şahin Diniyev 2016-cı ilin “qəhrəmanı”dı. Ötən il hansısa ciddi uğuru olmayan bir çalışdırıcı ilin ən yaxşı məşqçisi seçilib.
Təbriklərə biz də qoşuluruq, təki Diniyev şad olsun. Karyerasında aldığı nadir mükafatlardandı. Amma kiçicik araşdırma aparaq: adam buna layiqdimi?
Şəxsən mənə görə Şahin Diniyevin adı səslənəndə onun məşqçi işi yox, məşhur “Bakılı oğlanlar”ın məlum səhnəsi göz önünə gəlir. Düzdü, bütün bunlar hamısı keçmişdə qalıb, amma indi Diniyevin ən yaxşı məşqçi kimi mükafat alması həmkarlarına qarşı hörmətsizlikdi. Ən azından ardıcıl 3 ildi Avropa Liqasının qrup mərhələsində oynayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov var. “Qəbələ” ukraynalı mütəxəssis Roman Qriqorçukla ardıcıl iki ildi I təsnifat mərhələsindən qrup mərhələsinə yüksəlib.
Diniyevin Qurbanovla Qriqorçuk arasındakı oyunların nəticələrinə diqqət yetirək:
Diniyevin 2016-cı ildə Qurbanovla duelləri: 1 xal
|
14.02.2016 |
Kəpəz - Qarabağ |
1:2 |
|
08.04.2016 |
Qarabağ - Kəpəz |
4:0 |
|
25.09.2016 |
Kəpəz - Qarabağ |
1:1 |
|
19.11.2016 |
Qarabağ - Kəpəz |
1:0 |
Diniyevin 2016-cı ildə Qriqorçukla duelləri: 3 xal
|
30.01.2016 |
Kəpəz - Qəbələ |
3:0 |
|
20.05.2016 |
Kəpəz - Qəbələ |
0:1 |
|
08.08.2016 |
Qəbələ - Kəpəz |
2:0 |
|
17.12.2016 |
Qəbələ - Kəpəz |
2:1 |
Diniyevin ötən il aldığı məğlubiyyətlərin sayı qələbəsindən çoxdu. Təbii ki, komandasının buraxdığı qolların sayı da vurduğundan çoxdu. Yəni, “Kəpəz” ötən il keçirdiyi 39 görüşdən 16-da uduzub, 14-də qələbə qazanıb. Top fərqi isə 48/49-du. Komandası isə hazırda autsayderdi. Amma Diniyev bu göstəricilərlə ən yaxşı məşqçi kimi mükafat alır.
Adamın bu yerdə yadına mərhum kaman ustası Habil Əliyevlə müğənni Ədalət Şükürovun məşhur söhbəti düşür.
Deməli, məclislərin birində Ədalət Şükürov gəlib Habil Əliyevə sevinərək deyir:
- Habil müəllim, məni təbrik edin, mənə əməkdar artist adını verdilər.
Habil Əliyev də dəhşət içində soruşur:
- Nəəə? Sən də aldın? Əşşi onlar verirdi-verirdi, sənə nə gəlmişdi, hansı üzlə götürdün?
İndi Diniyevdən soruşan lazımdı, o mükafatı alanda Qurban Qurbanov, Roman Qriqorçukla keçirdiyiniz oyunlar yadınıza düşdümü? Düşmədisə, statistikaya baxın, bəlkə nəsə gördüz!