Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan yığmamızın bu gün Kanada ilə matçdakı qolunun müəllifi Dmitri Nazarov 5-ci dəfə azarkeşlərimizi sevindirib.
Milliləşən legioner bununla da yığmada 5 və daha çox qol vuran 11-ci futbolçu olub. O, bu qədər fərqlənən Fərrux İsmayilov, Nazim Süleymanov, Vidadi Rzayev və Vyaçeslav Lıçkinə çatıb. Hərəyə 5 dəfə fərqlənən bu “beşlik” milli tarixinin bombardirləri siyahısında 7-ci yerə şərikdir.
Qeyd edək ki, Azərbaycan – Kanada oyunu 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan millisində 5 və daha çox qol vuranlar
|
yer |
futbolçu |
qol |
|
1 |
Qurban Qurbanov |
14 |
|
2 |
Vaqif Cavadov |
9 |
|
3-5 |
Branimir Subaşiç |
7 |
|
Elvin Məmmədov |
7 |
|
|
Rauf Əliyev |
7 |
|
|
6 |
Zaur Tağızadə |
6 |
|
7-11 |
Dmitri Nazarov |
5 |
|
Fərrux İsmayilov |
5 |
|
|
Nazim Süleymanov |
5 |
|
|
Vidadi Rzayev |
5 |
|
|
Vyaçeslav Lıçkin |
5 |