[b]Dmitri Bezotosnıdan “5”[/b]
11.09.2016 - 00:39
[b]Dmitri Bezotosnıdan “5”[/b]

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Topaz Premyer Liqasında ardıcıl 5-ci quru oyununu keçirib. Apasport.az saytının məlumatına görə, IV turun “Neftçi” ilə qarşılaşmasında (8:0) qol buraxmayan ukraynalı qolkiper mövsümün ilk 2 turunun “Kəpəz” (2:0) və “İnter”lə (0:0) matçında da qapısını toxunulmaz saxlamışdı.

 

Cari mövsümdə qol buraxmayan yeganə komanda olan “Qəbələ”nin qapıçısı ötən mövsümün son iki turunda da qapısında top görməyib. O, AZAL (2:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda qol buraxmayıb.

 

Bezotosnı sonuncu dəfə bu il mayın 11-də qapısında qol görüb. “Qarabağ”la görüşdə Dani Kintananın 2 dəfə fərqlənməsinə üzülən əlcək sahibi artıq 122 gündü quru seriyasını davam etdirir.

 

Kintananın 2-ci qolu 32-ci dəqiqədə vurduğunu nəzərə alsaq, Dmitri 508 dəqiqəlik seriyaya malikdi. Bu, mövsümün rekordudu.