[b]Dmitri Nazarov “ən yaxşı ikinci” seçildi[/b]
13.04.2017 - 13:22
[b]Dmitri Nazarov “ən yaxşı ikinci” seçildi[/b]

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov II Bundesliqanın ən yaxşı futbolçusu arasında göstərilib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, XXVIII turun ən yaxşı oyunçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib.

 

“Münhen 1860”la qarşılaşmada “Aue”nin qazandığı 3:0 hesablı qələbədə 2 penalti qolu ilə böyük rol oynayan 27 yaşlı yarımmüdafiəçi respondentlərin 41 faiz səsini toplayıb. O, səsvermədə yalnız “Arminiya”nın hücumçusu Andreas Voqlsammerdən geri qalıb. “Sandhauzen”lə səfər görüşündə dubl edən 25 yaşlı forvard 45 faiz səslə turun ən yaxşı futbolçusu adına layiq görülüb.

 

Qeyd edək ki, “Aue” 28 turdan sonra aktivindəki 32 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır. 

0