[b]Dmitri Nazarov komandasına kömək edə bilmədi[/b]
10.04.2016 - 20:07
[b]Dmitri Nazarov komandasına kömək edə bilmədi[/b]

Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə "Kayzerslautern"lə qarşılaşıb.

 

Oyun qolsuz bərabərliklə nəticələnib. Nazarov matçın 75-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, hazırda hesabında 39 xal olan "Karlsrue" 10-cu pillədə qərarlaşıb.