[b]Dmitri Nazarov üçün 31 yaşlı məşqçi[/b]
09.03.2017 - 23:06
[b]Dmitri Nazarov üçün 31 yaşlı məşqçi[/b]

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue”nin yeni baş məşqçisinin kimliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, II Bundesliqa təmsilçisinə bundan sonra Domeniko Todesko rəhbərlik edəcək.

 

Klubun rəsmi saytından verilən açıqlamada bildirilib ki, 31 yaşlı çalışdırıcı ilə mövsümün sonuna kimi anlaşma əldə edilib.

 

Qeyd edək ki, “Aue”  23 turdan sonra 19 xalla turnir cədvəlinin  sonuncu, 18-ci pilləsində qərarlaşıb.