[b]Dmitri Nazarov xilaskar rolunda[/b]
28.01.2017 - 18:02
[b]Dmitri Nazarov xilaskar rolunda[/b]

Almaniya II Bundesliqasında XVIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun komandası “Aue” növbəti matçına çıxıb.

 

Öz meydanında “Haydenhaym”la qarşılaşan “bənövşəyilər” 2:1 hesablı qələbəyə seviniblər.

 

Matça start heyətində başlayan Nazarov 69-cu dəqiqədə Adlerin yerinə oyuna girib. Milli üzvü görüşə əlavə olunmuş birinci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.

 

Qeyd edək ki, bu qələbədən sonra aktivində 16 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.