[b]Nazarovun durumuna aydınlıq gəldi[/b]
07.06.2017 - 13:34
[b]Nazarovun durumuna aydınlıq gəldi[/b]

Millinin Avstriya toplanışında zədələnən Dmitri Nazarovun durumuna tam aydınlıq gəlib. AFFA-dan apasport.az saytına verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil.

 

Bu, Maqnit Rezonans Tomoqrafiyasının (MRT) nəticəsindən sonra müəyyənləşib. Həkimlər Almaniyanın “Aue” klubunda çıxış edən Nazarovun hazırlığı davam etdirməsi üçün heç bir problemin olmadığını bildiriblər. Nəticədə təcrübəli futbolçu yenidən kollektivlə birgə məşqlərə qatılıb.

 

Bu isə o deməkdi ki, Nazarov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə matçda iştirak edə biləcək.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya görüşü iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.