[b]Dmitri Nazarovun durumuna aydınlıq gəldi[/b]
11.07.2017 - 11:14
[b]Dmitri Nazarovun durumuna aydınlıq gəldi[/b]

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun durumuna aydınlıq gəlib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bu yaxınlarda klubu “Aue”nin heyətində zədələnən futbolçu əməliyyat olunmayacaq.

 

Bu barədə klubun məşqçisi Robin Lenk məlumat verib. O deyib ki, həkimlər Nazarovun əməliyyat olunmasına ehtiyac duymayıblar. Lenk 27 yaşlı orta sahə oyunçusunun baş barmağındakı zədənin ciddi olmadığını vurğulayıb: “Zədə müalicə ilə keçəcək. Nazarov tezliklə məşqlərə başlayacaq”.

 

Bu isə o deməkdi ki, futbolçu yığmamızın qarşıdakı rəsmi matçına qədər tam hazır olacaq. Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu sentyabrın 1-də səfərdə Norveçlə keçirəcək.