Rusiya Premyer Liqasının 28-ci turunda “Dinamo” ilə oyundan sonra start heyətindəki bütün oyunçuları dopinq testə cəlb edilən “Rostov”un nəticələri açıqlanıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, nəticələr mənfi çıxıb.
Bunu yerli mətbuata FİFA-nın Tibb Departamentinin sədri İrji Dvoryak açıqlayıb. Yoxlanışın tam səbəbi açıqlanmasa da, iddia edilir ki, hardansa ali futbol qurumuna klubun “Mildronat” preparatını alması məlumatı daxil olub.
Qeyd edək ki, “Rostov” Rusiya Premyer Liqasında lider MOİK-dən 2 xal geri qalır və Çempionlar Liqasında oynamağa haqq qazanıb.