[b]Dortmund “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşdi[/b]
16.05.2017 - 14:26
Dortmund “Borussiya”sı mövsümün sonunda baş məşqçi Tomas Tuhellə yollarını ayıracaq. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb çalışdırıcının həm prezident, həm də oyunçularla problem yaşamasıdı.
Dortmund təmsilçisi artıq yeni baş məşqçisini də tapıb. Bundesliqa klubu “Nitsa”nın çalışdırıcısı Lusyen Favre ilə anlaşıb. İlkin razılığa görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 2011-2015-ci illərdə Mönhenqladbax “Borussiya”sını çalışdırmış Lusyen Favre bu mövsüm “Nitsa”ya Fransa 3-cülüyünü qazandırıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0