[b]Dövrənin ilk turu: Liderin Lənkəran sınağı, “Qəbələ” “İnter”ə qarşı[/b]
02.04.2016 - 10:51
[b]Dövrənin ilk turu: Liderin Lənkəran sınağı, “Qəbələ” “İnter”ə qarşı[/b]

Sabah Topaz Premyer Liqasında IV dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, sonuncu dövrə XXVIII turun qarşılaşmaları ilə başlayacaq.

 

Oyunları eyni gündə baş tutacaq turun ilk qarşılaşması Bakıda keçiriləcək. Mükafatlara iddialıların duelində AZAL “Kəpəz”i sınağa çəkəcək. Son 5 matçdan qolsuz ayrılmayan meydan sahibləri “üçlüy”ə düşmək şanslarına zərbə almamaq üçün 3 xal qazanmalıdı. Gəncəlilər isə indiki mövqeyini qorumaq, 2-cu pilləyə yaxınlaşmaq əzmindədi. Bunun üçün qərblilər qələbə seriyasını 5-ə çatdırmalıdı.

 

İkinci pillənin sahibi “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək. 8-ci pillədəki mövqeyi dəyişməz görünən qonaqlarla görüşə 3 xal üçün çıxacaq Adil Şükürovun yetirmələri lideri sonadək izləmək üçün yenə qalib gəlməlidi. Evdə uduzmayan zirəlilər seriyasını davam etdirməyə çalışacaq. Ardıcıl 2 qələbə qazanan sumqayıtlılar isə seriyasını 3-ə çatdırıb, “Neftçi”yə yaxınlaşmaq istəyindədi

 

Çempionatın lideri “Qarabağ” isə “Xəzər Lənkəran”ın qonağı olacaq. Matçın favoriti sayılan ağdamlılar ardıcıl 5-ci qələbəsini qazansa, çempionluğa daha da yaxınlaşacaq. Lənkəranlılar isə 16 matçlıq qələbə həsrətinə son qoymaqla lideri büdrətmək arzusundadl. Amma cənublulara qonaqların 8 oyunluq qol seriyasını da qırmaq lazımdı.

 

Turun yeganə paytaxt derbisində “Rəvan” “Neftçi”ni sınağa çəkəcək. 14 oyundu qələbə həsrətində olan autsayderlə matçlarda çətinlik çəkən “ağ-qaralar” medallara cüzi şanslarını daha da çətinə salmamaq üçün turu itkisiz keçməlidi.

 

Günün mərkəzi oyunu Qəbələdə baş tutacaq. Ötən mövsümün mükafatçıları “Qəbələ” və “İnter” növbəti duelinə çıxacaq. İlk “beşlik”də qərarlaşan rəqiblər medal arzusunu gerçəkləşdirmək üçün qalib gəlməlidi. Ardıcıl 3 məğlubiyyət alan meydan sahibləri üçün 3 xal daha vacibdi. Çünki uğursuzluq mükafatçılar sırasına düşmək şansını daha da azaltmış olacaq. Bakılılar isə ən azı mövqeyini qorumaq üçün uduzmamalıdı.


Topaz Premyer Liqası

XXVIII tur

3 aprel (bazar)
 

15:00. AZAL – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Vaqif  Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Kərim Ağayev 

Mövsümün əvvəlki 3 qarşılaşması: 0:1, 1:1, 0:2
“AZAL Arena”


16:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Mövsümün əvvəlki 3 qarşılaşması: 0:0, 3:2, 2:0
Zirə İdman Kompleksinin stadionu

 

16:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Fazil Mürşüdov
Mövsümün əvvəlki 3 qarşılaşması: 0:1, 0:1, 0:3
“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əli Hüseynov
Mövsümün əvvəlki 3 qarşılaşması: 1:3, 3:2, 1:1
“Bayıl Arena”

19:00. “Qəbələ” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Mövsümün əvvəlki 3 qarşılaşması: 1:2, 1:1, 1:0
Qəbələ şəhər stadionu

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

27

18

6

3

47-17

60

2

Zirə

27

14

8

5

33-22

50

3

Kəpəz

27

12

9

6

35-23

45

4

İnter

27

12

8

7

26-18

44

5

Qəbələ

27

11

8

8

32-23

41

6

AZAL

27

10

6

11

19-27

36

7

Neftçi

27

9

8

10

27-30

35

8

Sumqayıt

27

6

10

11

29-37

28

9

Xəzər L

27

3

5

19

11-36

14

10

Rəvan

27

2

8

17

18-44

8

* "Rəvan"ın hesabından 6 xal silinib

 

Bombardir: Nelson Bonilla (“Zirə”) – 10.

0