Sabah Avropa Liqasında III turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubları da növbəti sınağına çıxacaq.
Öncə “Qarabağ” doğma azarkeşləri önündə növbəti matçını keçirəcək. Azərbaycan çempionu I dövrənin son oyununda Yunanıstan PAOK-unu qəbul edəcək.
J qrupunun autsayderi olan Ağdam təmsilçisi son pillədən qurtulmaq, növbəti mərhələ şansını artırmaq üçün qalib gəlməlidi. İlk iki matçda cəmi 1 xal əldə edən Saloniki klubuna çatmaq imkanına malikdi. Ölkə çempionunun bu matça ciddi itki ilə çıxa bilər. Çünki zədəsinin komandanın kapitanı Rəşad Sadıqovun qarşılaşmada iştirakına mane olacağı istisna deyil. Lakin onun matçı buraxıb-buraxmayacağı hələ dəqiqləşməyib.
Əvvəlki iki cəhdində qrupdakı yeganə qələbəsini I dövrədə qazanan komandamız bu dəfə də yarını qalib gəlmədən tamamlamağa iddialıdı. PAOK da təmsilçilərimiz üçün tanış rəqib sayılır. Ötən mövsüm “Qəbələ” ilə qrupda iki dəfə üz-üzə gələn salonikililər qolsuz heç-heçələrlə razılaşmışdı.
“Qarabağ” kimi ilk iki turda qələbə qazana bilməyən “Qəbələ” də son pillədən qurtulmaq niyyətindədi. Fransada “Sent-Etyen”in qonağı olacaq Roman Qriqorçukun yetirmələri ilk qələbə üçün səfərə yollanıb.
Xalı olmayan təmsilçimiz əvvəlki matçlarda nümayiş etdirdiyi məhsuldarlığı fransalılara da göstərmək əzmindədi. “Qırmızı-qaralar” ilk qələbəsini qazana bilməsə, növbəti mərhələ şanslarını çətinə salacaq.
Lakin uğurlu nəticə üçün təmsilçimizin müdafiə xətti də etibarlı oynamalıdı. Ölkə çempionatında 9 oyundan sonra qol buraxan “Qəbələ” qrupunda qapısında hamıdan çox top görən komandadı. Hər iki matçda 3 qola üzülən “qırmızı-qaralar” bu uğursuz seriyanı dayandırmalıdı.
Hər iki komandanın zədəlilərlə meydana çıxacağı matçda Roman Qriqorçuk Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov və Elvin Camalovun xidmətindən məhrumdu. Əvəzində cəzası başa çatan Teo Uiks qrupda ilk matçına çıxa bilər.
“Qəbələ”nin də rəqibi qrup mərhələsində ölkəmizə gələn komandalardandı. Bu klub 2 il öncə “Qarabağ”la görüşüb. Maraqlıdı ki, həmin oyunlar da heç-heçə nəticələnib – 0:0, 1:1.
Qeyd edək ki, qazanılacaq ilk qələbə Azərbaycan klublarının avrokuboklarda yubiley – 75-ci uğuru olacaq.
Avropa Liqası
Qrup mərhələsi, III tur
20 oktyabr
J qrupu
21:00. “Qarabağ” - PAOK (Yunanıstan)
Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, Nissan Davidi
Əlavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler
Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
|
1 |
“Fiorentina” (İtaliya) |
2 |
1 |
1 |
0 |
5-1 |
4 |
|
2 |
PAOK (Yunanıstan) |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
|
3 |
“Slovan” (Çexiya) |
2 |
0 |
1 |
1 |
3-4 |
1 |
|
4 |
“Qarabağ” (Azərbaycan) |
2 |
0 |
1 |
1 |
3-7 |
1 |
C qrupu
23:05. “Sent-Etyen” (Fransa) - “Qəbələ”
Baş hakim: Ali Palabıyık
Baş hakimin köməkçiləri: Cem Satman, Əkrəm Kan
Dördüncü hakim: Ceyhun Sesigüzel
Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan
Dördüncü hakim: Ceyhun Sesigüzel (hamısı Türkiyə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Yakob Erel (İsrail)
Sent-Etyen. “Joffrua Qişar” stadionu
|
1 |
“Anderlext” (Belçika) |
2 |
1 |
1 |
0 |
4-2 |
4 |
|
2 |
“Maynts” (Almaniya) |
2 |
1 |
1 |
0 |
4-3 |
4 |
|
3 |
“Sent-Etyen” (Fransa) |
2 |
0 |
2 |
0 |
2-2 |
2 |
|
4 |
“Qəbələ” (Azərbaycan) |
2 |
0 |
0 |
2 |
3-6 |
|