[b]Dünya çempionatına 48 komanda qatılacaq[/b]
04.10.2016 - 12:29
[b]Dünya çempionatına 48 komanda qatılacaq[/b]

FİFA-nın yeni prezidenti Canni İnfantino dünya çempionatındakı komandaların sayının artırılması fikrində israrlıdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, komandaların sayının 48-ə yüksəldilməsinin tərəfdarıdı.

 

Onun təklif edəcəyi layihəyə əsasən seçmə mərhələlərdən sonra 48 yığma mundiala vəsiqə qazanacaq. Ancaq onların heç də hamısı final mərhələsində iştirak etməyəcək. Belə ki, yüksək reytinqli 16 yığma birbaşa qruplarda iştirak hüququ əldə edəcəklər. Digər 32 komanda isə püşkatma yolu ilə öz aralarında pley-off matçları keçirəcək və qalib 16 milli mundiala yollanacaq.

 

Ali futbol qurumunun rəhbəri bununla bağlı gələn ilin yanvar ayında keçiriləcək iclasda qərar qəbul ediləcəyini söyləyib: “Şənliyə 48 komanda qatılacaq. Amma dünya çempionatı yenə 32 yığmanın iştirakı ilə keçiriləcək. Bu cür fikirlər müzakirə edilir və ən ideal qərar qəbul olunur. Biz 2017-ci ildə bu formatla bağlı çalışmalarımızı tamamlamaq istəyirik”.

 

İnfantino yeni formata 2022-ci ildə Qətərdə keçiriləcək mundialdan sonra keçəcəklərini istisna etməyib: “FİFA-nın məqsədi dünya çempionatını böyütməkdi. Bu, bir turnirdən daha böyük məna kəsb edir”.

0