Klublararası dünya çempionatında çıxış edəcək “Real” heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “kral klubu” mundial üçün 23 oyunçu sifariş edib.
Zədələnən və əməliyyat olunan Qaret Beyl bu yarışda komandasına kömək edə bilməyəcək.
Heyət isə aşağıdakı futbolçulardan ibarətdir.
Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Ruben Yanes
Müdafiəçilər: Daniel Karvaxal, Pepe, Rafael Varan, Naço Fernandes, Serxio Ramos, Danilo, Fabio Koentrau, Marselo
Yarımmüdafiəçilər: Toni Kroos, Xames Rodriqes, Kazemiro, Mateo Kovaçiç, Lukas Vaskes, Luka Modriç, Marko Asensio, İsko
Hücumçular: Kərim Benzema, Kriştiano Ronaldo, Mariano Dias, Alvaro Morata
Qeyd edək ki, klublararası dünya çempionatı 8-18 dekabr tarixləri arasında Yaponiyada baş tutacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı