[b]Dünya futbolunda inqilab[/b]
08.12.2016 - 15:05
[b]Dünya futbolunda inqilab[/b]

Bu gün start götürən klublararası dünya çempionatı futbol tarixinə ilklə düşüb. Apasport.az saytının məlumatına görə, Yaponiyadakı mundialın hakiminin videoassistentinin istifadə olunduğu ilk rəsmi yarışdı.

 

Belə ki, bu tip texnologiya ilk dəfə sınaqdan çıxarılır. Bütün genişyayımlı kanallara giriş imkanı olan xüsusi otaqda quraşdırılıb. Buradan meydandakı referiyə lazım olan mətbuat ötürülür.

 

Videoköməkçi dördüncü və əlavə hakimlər kimi yardımçı funksiyasını yerinə yetirəcək. Yekun qərar isə baş hakimə məxsus olacaq.

 

Bu, neçə illərdi müzakirə olunan videotəkrardan istifadə ilə bağlı inqilab sayıla biləcək addımdı.

 

Qeyd edək ki, dünya çempionatına az əvvəl başlayan “Kaşima” (Yaponiya) – “Oklend” (Yeni Zelandiya) matçı ilə start verilib.