Britaniyanın məşhur “Brand Finance” şirkəti 2017-ci ildə dünya futbolunun ən bahalı brendlərini açıqlayıb. Apasport.az saytı xəbər verir ki, 50 klubun yer aldığı siyahıya yenə “Mançester Yunayted” başçılıq edir.
“Mankunianlar” 1 milyard 733 milyon dollar həcmində qiymətləndirilir. İngiltərə təmsilçisi ilə yanaşı, ilk “3-lük”də qərarlaşan İspaniya nəhəngləri “Real” və “Barselona” da mövqelərini qoruyublar. İlk “10-luq”da irəliləyən yeganə komanda “Çelsi” olub. Premyer Liqa çempionu 8-ci yerdən 4-cü pilləyə yüksəlib.
Ümumilikdə ən dəyərli 10 klubdan 6-sı İngiltərə təmsilçisidi. İtaliyanın ən brend komandası “Yuventus” isə 492 milyon dollarlıq qiymətləndirmə ilə 12-ci ola bilib. Bundan başqa, nəhəng klublardan “Atletiko” 16-cı, “Milan” 18-ci, “İnter” 28-ci, “Roma” 31-ci, “Monako” 35-ci, “Sevilya” isə 50-ci pillədə özünə yer edə bilib.
İlk “10-luq”
1. “Mançester Yunayted” (İngiltərə) - 1,733 milyard dollar
2. “Real” (İspaniya) - 1,419 milyard dollar
3. “Barselona” (İspaniya) - 1,418 milyard dollar
4. “Çelsi” (İngiltərə) - 1,248 milyard dollar
5. “Bavariya” (Almaniya) - 1,222 milyard dollar
6. “Mançester Siti” (İngiltərə) - 1,021 milyard dollar
7. PSJ (Fransa) - 1,011 milyard dollar
8. “Arsenal” (İngiltərə) – 941 milyon dollar
9. “Liverpul” (İngiltərə) – 908 milyon dollar
10. “Tottenhem” (İngiltərə) – 696 milyon dollar